Bakıda əcnəbi tələbələrin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb

Bakıda əcnəbi tələbələrin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb
# 10 yanvar 2020 10:07 (UTC +04:00)

Bakıda əcnəbi tələbələrin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

Nəticədə Şri-Lanka vətəndaşları olan 3 tələbə qız tüstüdən zəhərlənərək ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR