Bakıda çörək sexindən 4 min manat oğurlayan şəxs saxlanılıb

Bakıda çörək sexindən 4 min manat oğurlayan şəxs saxlanılıb
# 21 fevral 2020 10:28 (UTC +04:00)

Bakıda çörək sexində oğurluq olub.

APA-nın məlumatına görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin xidməti otaqlarının birindən 4 min manat pulun oğurlaması barədə “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Həmin müraciət əsasına Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkum olmuş Bakı şəhər sakini, 1997-ci il E. Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR