Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - FOTO - YENİLƏNİB
  • Clock-gray 21:33
  • calendar-gray 19 Fevral 2020

Bakı şəhərinin Nizami rayonunda tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzildə 3 m² sahədə tikinti materialları yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:54

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

APA xəbər verir ki, ilkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 15/21 ünvanında 18 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzil yanır.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date