Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
# 05 aprel 2020 10:42 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub

Əlavə məlumat veriləcək.

saat 10:31

Bakıda Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR