Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 4 nəfər xilas edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 4 nəfər xilas edilib
# 19 noyabr 2020 09:23 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

APA-nın məlumatına görə, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR