Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB
# 22 yanvar 2020 10:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən ynağınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

***

Saat 10:07

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Yanğın binanın 16-cı mərbəsində yerləşən elektrik şitində meydana gəlib, sakinlər binadan təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR