Bakıda cəzaçəkmə müəssisəsində məhkum ölüb - FOTO

Bakıda cəzaçəkmə müəssisəsində məhkum ölüb - FOTO
# 10 fevral 2020 16:50 (UTC +04:00)

Bakıda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 1973-cü il təvəllüdlü Şahverdiyev Rəhman Sərdar oğlu bu gün həbsxanada ürək çatışmazlığından ölüb.

Qeyd edək ki, R. Şahverdiyev 2017 narkotik maddələrin qanusuz dövriyyəsində təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR