Bakıda dəmirəritmə sexində partlayış olub - VİDEO

Bakıda dəmirəritmə sexində partlayış olub - VİDEO
# 05 fevral 2021 18:15 (UTC +04:00)

Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub. Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m olan nasosxananın yanar konstruksiyaları, elektrik kabeli 3 p.m, ərazidə mazut qalıqları 60 kv.m sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb. Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR