Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakıda doqquzmərtəbəli binada yanğın olub
# 07 noyabr 2020 21:21 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və yataq dəsti qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR