Bakıda dörd avtomobil toqquşub - FOTO

Bakıda dörd avtomobil toqquşub - FOTO
# 06 dekabr 2019 23:25 (UTC +04:00)

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Arxada hərəkətdə olan və Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobil əvvəlcə "VAZ 2107"-yə, daha sonra isə Hüseynov Bəxtiyar Firudin oğlunun idarə etdiyi "Jeep" və Murtuzayev Məmməd Murtuza oğlunun idarə etdiyi digər "Mercedes" markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR