Bakıda dördmərtəbəli binada baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakıda dördmərtəbəli binada baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB
# 21 aprel 2021 00:50 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

***

20 aprel, saat 22:36

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.

FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR