Bakıda dördmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda dördmərtəbəli yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
# 05 yanvar 2020 16:59 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 16.53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR