Bakıda evə basqın edən şəxs bir nəfəri bıçaqlayıb

Bakıda evə basqın edən şəxs bir nəfəri bıçaqlayıb
# 28 oktyabr 2020 13:38 (UTC +04:00)

Bakıda quldurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki fərdi yaşayış evlərindən birinə daxil olan naməlum şəxs ev sakini, 2004-cü il təvəllüdlü Bayramov Valeh Əhməd oğlu ilə qarşılaşıb. Onlar əlbəyaxa dava ediblər. Dava zamanı V.Bayramov bıçaqlanıb. Səs-küyə V.Bayramovun valideynləri gəlib. Hadisəni törədən şəxs qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR