Bakıda ev sahibi kirayəşin tərəfindən bıçaqlanıb

Bakıda ev sahibi kirayəşin tərəfindən bıçaqlanıb
# 21 yanvar 2021 05:17 (UTC +04:00)

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 6-ci mikrorayon ərazisində qeydə alınıb.

1962-ci il təvəllüdlü Aqil Ələkbərov kirayə verdiyi evin pulunu ona məxsus mənzildə yaşayan şəxsdən istəyib. Tərəflər arasında mübahisə dava ilə yekunlaşıb. Dava zamanı ev sahibi A.Ələkbərov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR