Bakıda ev sahibi qonaqlarını bıçaqlayıb

Bakıda ev sahibi qonaqlarını bıçaqlayıb
# 08 yanvar 2021 15:12 (UTC +04:00)

Bakıda iki nəfər gənc oğlan bıçaqlanıb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Aqşin Əlişov və həmyaşıdı Ələkbər Əlizadə tanıdıqları şəxsin evində olarkən ev sahibi ilə aralarında mübahisə düşüb. Yaranan mübahisə səbəbindən ev sahibi hər iki qonağa bıçaqla xəsarətlər yetirib.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR