Bakıda evakuator yanıb, yolda tıxac yaranıb - FOTO

Bakıda evakuator yanıb, yolda tıxac yaranıb - FOTO
# 22 oktyabr 2020 15:40 (UTC +04:00)

Bakıda evakuator yanıb.

APA xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı evakuator qəfildən alışaraq yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Baş vermiş hadisə ilə əlaqədar Bakı Dairəvi Yolunda tıxac yaranıb. Əraziyə yol polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR