Bakıda evdən 130 min manat oğurlanıb

Bakıda evdən 130 min manat oğurlanıb
  • Clock-gray 12:10
  • calendar-gray 22 Oktyabr 2020

Bakıda mənzidən böyük məbləğdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıb.

 

 

Sail Ağasəlim

Digər xəbərlər