Bakıda evdən 5 min manatlıq oğurluq olub

Bakıda evdən 5 min manatlıq oğurluq olub
# 22 dekabr 2020 12:16 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əsgərov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR