Bakıda evdən 6 min manatlıq oğurluq edilib

Bakıda evdən 6 min manatlıq oğurluq edilib
# 22 dekabr 2020 13:39 (UTC +04:00)

Paytaxt ərazisindəki evlərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, oğurluq etdiyinə görə tutulan V.Mirzəyevin ətrafında Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsazadə ilə birgə rayon ərazisindəki evlərin birindən 6080 manat dəyərində noutbuk, oyun aparatı, sənəd, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə N.İsazadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR