Bakıda evdən 60 min manatlıq oğurluq olub

Bakıda evdən 60 min manatlıq oğurluq olub
  • Clock-gray 14:46
  • calendar-gray 01 Mart 2021

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 30000 ABŞ dolları pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər