Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb
  • Clock-gray 16:16
  • calendar-gray 14 Noyabr 2020

Bakının Xətai rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 12-də Xətai rayonu ərazisindəki evlərin birindən 1 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan H. Quliyev noyabrın 13-də saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər