Bakıda evdən və şadlıq sarayından 6 min manatlıq oğurluq olub

Bakıda evdən və şadlıq sarayından 6 min manatlıq oğurluq olub
# 25 yanvar 2021 13:25 (UTC +04:00)

Bakıda fərqli məkanlardan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, bir şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR