Bakıda evindən avtomat tapılan şəxs həbs edilib - FOTO

Bakıda evindən avtomat tapılan şəxs həbs edilib - FOTO
# 18 yanvar 2021 17:44 (UTC +04:00)

Bakıda silahlı şəxs tutulub.

APA-nın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, idarəyə Adil adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq avtomat saxlaması barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Adil Balakişiyev saxlanılıb. Onun müvəqqəti məskunlaşdığı Bakıxanov qəsəbəsindəki evin zirzəmisindən 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Kalaşnikov” avtomatı, həmin silaha aid 4 ədəd patron və daraq aşkar olunaraq götürülüb.

Adil Balakişiyev ifadəsində bildirib ki, silahı ötən ay metal yığarkən qəbiristanlıq ərazisindən tapıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb və A.Balakişiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR