Bakıda evlərdən və avtomobildən oğurluq edən şəxslər tutulub

Bakıda evlərdən və avtomobildən oğurluq edən şəxslər tutulub
# 25 sentyabr 2020 12:24 (UTC +04:00)

Bakıda evlərdən və avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi-nin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində 3 evdən noutbuk, mobil telefon, velosiped, 3000 manat pul, televizor, kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR