Bakıda evdə yanğında bir nəfər ölüb - YENİLƏNİB-1

Bakıda evdə yanğında bir nəfər ölüb - YENİLƏNİB-1
# 04 mart 2021 11:27 (UTC +04:00)

Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

***

10.52

Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

10.25.

Bakıda yaşayış evi yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 104 ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardı yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR