Bakıda gənc dayısı oğlu tərəfindən qətlə yetirilib

Bakıda gənc dayısı oğlu tərəfindən qətlə yetirilib
# 08 yanvar 2020 22:48 (UTC +04:00)

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Muxtarov Cavid Fərhad oğlu evdə dayısı oğlu ilə mübahisə edib. Nəticədə o ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR