Bakıda gənc döyülərək ağır xəsarət alıb

Bakıda gənc döyülərək ağır xəsarət alıb
# 18 yanvar 2020 21:47 (UTC +04:00)

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Nobel prospektində, "Günəş" marketin yaxınlığında qeydə alınıb.

1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Nəticədə o, döyülərək ağır xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR