Bakıda gənc oğlan qarnından ağır xəsarət alıb

Bakıda gənc oğlan qarnından ağır xəsarət alıb
# 08 yanvar 2020 01:14 (UTC +04:00)

Bakıda gənc oğlan naməlum xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, hadisə nin Binəqədi rayonunda qeydə alınıb.

Həkimlərin müayinəsi zamanı 29 yaşlı Seyfullazadə Sübhan Tehran oğlunun qarın boşluğundan kəsilmiş-deşilmiş xəsarətlər aldığı müəyyən edilib. Özünün dediyinə görə, yıxılıb və qarnına şüşə parçası batıb.

Binəqədi polisinin verdiyi məlumata görə, S.Seyfullazadəyə şüşə ilə deyil, bıçaqla xəsarət yetirilib. Hazırda fakt polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR