Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub

Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub
  • Clock-gray 05:00
  • calendar-gray 18 Yanvar 2021

Bakının Nərimanov rayonunda bir nəfər parkda bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

2000-ci il təvəllüdlü İsabalazadə İsabala Rauf oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər ona qarnının ön divarının  çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyub. Ona ümumilikdə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər