Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında baş verib.
1999-cu il təvəllüdlü Əzimov Elnur Mübariz oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.
Yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb.