Bakıda gənci avtomobil vurub

Bakıda gənci avtomobil vurub
# 20 fevral 2021 06:04 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində baş verib.

1989-cu il təvəllüdlü İmanov Şamil Vüqar oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR