Bakıda gözətçini döyüb öldürən klinika sahibinin oğlunun məhkəməsi başlayır

Bakıda gözətçini döyüb öldürən klinika sahibinin oğlunun məhkəməsi başlayır
  • Clock-gray 09:27
  • calendar-gray 09 Aprel 2020

Bakıda klinika gözətçisini döyərək qətlə yetirməkdə təqsirləndirilən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il “Aristokrat” tibb mərkəzində baş verib. Klinikada gözətçi işləyən 58 yaşlı Muraz Nəbiyev ölüb. 

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

Dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. H.Rəhimli tutulub.

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date