Bakıda həbs olunan pakistanlılarla bağlı ABŞ-a sorğu göndərilib

Bakıda həbs olunan pakistanlılarla bağlı ABŞ-a sorğu göndərilib
  • Clock-gray 17:41
  • calendar-gray 25 Noyabr 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları - 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib. 

APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları iştirak ediblər.

Təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istəyib. 

Məhkəmə vəsatəti təmin etməyib. 

Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin ABŞ ərazisində olmadan texniki vasitələrlə kibercinayətkarlıq törədiblər. 

Ədliyyə Nazirliyinin nümayəndəsi bəzi məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyi ilə danışıqlar aparıldığını deyib:  "Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Sorğuların cavab alınması təxminən 1 ay çəkir.  Bu səbəbdən məhkəmənin 1 ay təxirə salınmasını xahiş edirik".

Təqsirləndirilən şəxslər məhkəmədən onları Paktistana təhvil verilməsi ilə bağlı qərar çıxarılmasını xahiş ediblər. 

Hakim isə bunun mümkünsüz olduğunu bildirib. 

Məhkəmə Ədliyyə Nazirliyinin vəsatətini təmin edilib və proses dekabrın 26-a qədər təxirə salınıb. 

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının məhkəməsi qərar çıxarıb. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date