Bakıda həbsxanaya heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Bakıda həbsxanaya heroin keçirilməsinin qarşısı alınıb - FOTO
# 21 dekabr 2019 18:20 (UTC +04:00)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.4-cü maddələrinə əsasən 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbadov Ruslan Səmid oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Şabran rayon sakini Məmmədov İlkin Hürmət oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 1 ədəd bükülüdə 0,091 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR