Bakıda hündürmərtəbəli binada yanğın olub, 12 nəfər təxliyə edilib - YENİLƏNİB

Bakıda hündürmərtəbəli binada yanğın olub, 12 nəfər təxliyə edilib - YENİLƏNİB
# 05 dekabr 2020 19:18 (UTC +04:00)

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib.

Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR