Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib, cinayət işi başlanıb - RƏSMİ

Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib, cinayət işi başlanıb - RƏSMİ
# 16 dekabr 2019 11:08 (UTC +04:00)

Bakıda 44 yaşlı kişi intihar edib.

Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlunun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, E.Əlizadə Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Əlizadənin intihar etməsi ilə bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR