Bakıda idarəetmədən çıxan avtomobil 4 maşına çırpılıb - FOTO

Bakıda idarəetmədən çıxan avtomobil 4 maşına çırpılıb - FOTO
# 13 yanvar 2020 18:50 (UTC +04:00)

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında, Xudu Məmmədov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan “Toyota Land Cruiser” markalı nəqliyyat vasitəsi xəstəxananın qarşısında dayanan iki “Mercedes” və bir “Hyundai” markalı avtomobillərə çırpılıb. İdarəetmədən çıxan “Toyota” sonda “QazEL” markalı yük avtomobilinə çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR