Bakıda idarəetmədən çıxan avtomobil digər minik maşınını aşırıb - FOTO - VİDEO

Bakıda idarəetmədən çıxan avtomobil digər minik maşınını aşırıb - FOTO - VİDEO
  • Clock-gray 03:53
  • calendar-gray 29 Fevral 2020

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb.

Bağırov Elxan Ramil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Nəticədə avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan və Muradov Hünər Razət oğluna məxsus "VAZ 2104" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən sonuncu nəqliyyat vasitəsi aşıb və yanacaq çəni zədələndiyi üçün ətrafa benzin dağılıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yola dağılan yanacaq yuyulub.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date