Bakıda idman zalından oğurluq edilib

Bakıda idman zalından oğurluq edilib
# 21 yanvar 2020 12:22 (UTC +04:00)

Bakıda idman zalından oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisindəki idman zallarının birindən 1125 manat, 2 ədəd velosiped və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov saxlanılıb.

Bundan başqa, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR