Bakıda iki Cəlilabad sakini bıçaqlanıb

Bakıda iki Cəlilabad sakini bıçaqlanıb
# 07 fevral 2020 05:11 (UTC +04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayonundan Bakıya gələn 1995-ci il təvəllüdlü Yusif Məmmədov və 1990-cı il təvəllüdlü Saleh İbrahimov qəsəbə sakinləri ilə mübahisə zamanı bıçaqlanıb. S.İbrahimov sağrı nahiyəsindən 3 bıçaq, Y.Məmmədov isə qarnının ön divarı və ayağından bir neçə bıçaq xəsarəti alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Y.Məmmədovun vəziyyəti ağırdır. O, hazırda cərrahi əməliyyat olunur.

Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR