Bakıda iki avtomobil qəza törədib, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil qəza törədib, xəsarət alan var - FOTO
# 12 mart 2021 06:14 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Aznfet dairəsində baş verib.

İlkin məlumata görə, “Azsamand” markalı nəqliyyat vasitəsinin sürücüsü işıqforun qırmızı işığının tələbinə əməl etməyərək dairədə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “AzSamand” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR