Bakıda iki avtomobil toqquşub, 2 nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, 2 nəfər ölüb
# 21 fevral 2020 13:07 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər. B.Bayramov hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR