Bakıda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Bakıda  iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
# 26 iyul 2020 00:41 (UTC +04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

"Saipa" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralılardan Xəyal Kazımov, Kərim Zeynalov, Tofiq Əhmədov və Ceyhun Babayevin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR