Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO
# 09 yanvar 2020 03:08 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

“NİVA” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən İslam Səfərli küçəsindən çıxan “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə “NİVA” yararsız hala düşüb. Hər iki sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR