Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO
# 08 fevral 2020 04:32 (UTC +04:00)

Bakının Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində baş verib.

"Lada" markalı nəqliyyat vasitəsi əks istiqamətli yolda gələrkən Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Avtomobillər isə deformasiyaya uğrayıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, "Lada" markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR