Bakıda iki azyaşlı qızı avtomobil vurub

Bakıda iki azyaşlı qızı avtomobil vurub
  • Clock-gray 21:11
  • calendar-gray 12 İyul 2020

 

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub. 

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib.

 

Nurlan Əli

Digər xəbərlər