Bakıda iki motosikletçini avtomobil vurub

Bakıda iki motosikletçini avtomobil vurub
# 14 yanvar 2021 05:53 (UTC +04:00)

Paytaxtın Binəqədi və Sabunçu rayonlarında yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, Binəqədi qəsəbəsində qeydə alınmış hadisə zamanı 1991-ci il təvəllüdlü Əziz Rüstəmov motosikleti ilə hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Analoji hadisə Sabunçu qəsəbəsində də baş verib. 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikleti ilə hərəkətdə olan zaman onu kiçiktutumlu yük avtomobili vurub. K.Yusifov komatoz vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR