Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
# 18 sentyabr 2020 01:04 (UTC +04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Südçülük sovxozu ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Nurəliyev Mirəmin Zaur oğlu mübahisə zamanı bıçaqlanıb. Yaralı sağrı nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər bir hadisə isə Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib. 1970-ci il təvəllüdlü Qurbanov Hafiz Xasay oğlu isə tanışı tərəfindən qarnından bıçaq xəsarətləri alıb. Yaralı qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR