Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb
  • Clock-gray 03:24
  • calendar-gray 01 Dekabr 2020

Bakının Səbail və Sabunçu rayonlarında bıçaqlanma hadisələri baş verib.

APA xəbər verir ki, Salyan şosesində 2001-ci il təvəllüdlü Atakişiyev Elvin Elçin oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Anoloji hadisə Maştağa qəsəbəsində də baş verib. 1988-ci il təvəllüdlü Sadıqlı Əfqan Əlövsət oğlu küçədə naməlum şəxsin hücumuna məruz qalıb. O bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Digər xəbərlər