Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub
# 23 oktyabr 2020 03:14 (UTC +04:00)

Bakının Nizami rayonunda iki nəfər qəza zamanı ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

1971-ci il təvəllüdlü Məmmədova Sevinc Yaqub qızı və 1978-ci il təvəllüdlü Şirinov İlham Zeynal oğlunu minik avtomobili vurub.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR